Tikantəpə əhalisinin yeraltı sərvətlərin talanmasına qarşı etirazı davam edir

2020-09-15 12:31

Qərbi Azərbaycanın Tikantəpə (Təkab) vilayətində yerləşən Faqqılı kəndinin əhalisinin Azərbaycanın yeraltı sərvətlərinin qarət edilməsinə və mədən şirkətlərinin ətraf mühitə vurduğu ziyana göz yumulmasına qarşı etiraz aksiyası davam edir.

Gunaz.tv Quote | Gunaz article

Kəndin əhalisi və ətraf mühit fəalları neçə gün əvvəl kənd yaxınlığında yerləşən “Kəmər Bulaq” məntəqəsində toplaşaraq daş mədənlərinin fəaliyyəti nəticəsində bölgənin ətraf mühitinə dəyən ciddi ziyana qarşı etirazlarını bildirmiş, mədənin fəaliyyətinin dayandırılmasını tələb etmişdilər.

 

Məlumata əsasən, əhali Qərbi Azərbaycan əyalətinin müxtəlif məsulları, o cümlədən valiyə müraciət edərək mədənin lisenziyasının ləğv edilməsini tələb etsələr də yerli məmurlar onların istəyinə məhəl qoymayıb.

 

 

Bundan sonra kənd əhalisi 500 kilometrlik yürüş aksiyasına başlayaraq etiraz səslərini cəmiyyətə çatdırmaq qərarına gəlib.

 

Əhalinin fikrincə, daş mədəninin bu məntəqədə fəaliyyət göstərməsi qeyri-qanunidir və istehsal lisenziyası lobbiçiliklə əldə edilib.

 

Yerli sakinlər vurğulayıblar ki, mədənin fəaliyyəti kəndin bağları və əkinçilik sahələrini yarasız vəziyyətə gətirəcək, yeraltı sulara və çaylara, eləcə də tarixi abidələrə düzəlməz ziyan vuracaq.

 

Son illərdə Tikantəpə kəndlərinin əhalisi həbs edilmək və cərimələnməyi gözə alaraq bu daş mədənlərinin ətraf mühitə ziyan vurması ilə bağlı dəfələrlə etiraz etsələr də heç bir nəticə əldə olunmayıb.

 

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

 

 

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

 

Qeyd edək ki, bir müddət əvvəl Güney azərbaycanlı gənclər Azərbaycanın yeraltı sərvətlərinin İran rejimi tərəfindən talanmasına etiraz olaraq sosial şəbəkələrdə “Azərbaycan mədənlərinin talanmasına yox” kampaniyası başladıblar.

 

Sosial şəbəkə istifadəçiləri bütün azərbaycanlılardan, eləcə də mədəni fəallardan bu kampaniyaya qoşularaq aşağıdakı həştəqlər vasitəsilə mədənlərin talanmasına öz etirazlarını bildirmələrini istəyiblər:

 

Azərbaycan mədənlərinin talnmasına yox! ( #نه_به_غارت_معادن_آزربایجان)

 

Azərbaycan talandı, millət oyan amandı! (#آزربایجان_تالاندی / #میللت_اویان_آماندی )

 

#Stop_Looting_Azerbaijan's _Mineral_Resources

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Sep.23.2020: İranda dil tədrisinin vəziyyəti: Fars dili vacib, Çin dili müstəhəb, Türk dili isə haramdır

2020-09-23

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-23

gun az article

Zəncanda 65 min nəfər şəhərətrafı məhəllələrdə yaşayır

2020-09-23

gun az article

Güney azərbaycanlı milli fəal Cəfər Rüstəmirad azadlığa buraxılıb

2020-09-23

gun az article

Şəbistərdə ağır yol qəzası: 1 nəfər ölüb

2020-09-23

gun az article

Qərbi Azərbaycanın yerli olmayan valisi əyalətin təhlükəsizlik işlərini kürdlərə tapşırıb

2020-09-23

gun az article

Həbsdə olan milli fəal Əlirza Fərşi yeni korpusa köçürülüb

2020-09-23

gun az article

GünazTV Sep.22.2020-Özümüz: Məşrutəçilik Düşüncəsi

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 -GÜNDƏM MASASI: İranda rejimin media üzərindən yürütdüyü siyasət

2020-09-23

gun az article

GünazTV Sep.22.2020 : “Dalana dirənən İran! Vaşinqton rəsmi Tehrana qarşı təzyiq siyasətini sonadək qoruyacağını açıqladı”

2020-09-22

gun az article

Şərqi Azərbaycanda hər gün 7 nəfər koronavirusdan ölür

2020-09-22

gun az article

Qızılözən çayı ətrafında yaşayan nadir heyvanın nəsli kəsilməkdədir

2020-09-22

gun az article

Güney Azərbaycanda növbəti ətraf mühit faciəsi: Zəncanda minlərlə balıq tələf olub

2020-09-22

gun az article

Təbrizdə baş verən yol qəzasında 2 nəfər ölüb

2020-09-22

gun az article

Şərqi Azərbaycan əyalətində davada xəsarət alanların sayı artıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020: PARLAQ GƏLƏCƏK: Tetik Mexanizmi'nin Tə'sirləri

2020-09-22

gun az article

Təbriz Universitetində türk dili və ədəbiyyatı üzrə təhsil alan ilk tələbələr məzun olub + GÖRÜNTÜ

2020-09-21

gun az article

Güney Azərbaycan əyalətlərində koronavirusla bağlı son vəziyyət

2020-09-21

gun az article

İran rəsmisi Muğanda neft yataqlarının axtarışına başlanacağını açıqlayıb

2020-09-21

gun az article

Həbsə məhkum edilən 2 milli fəalın məzuniyyəti uzadılıb

2020-09-21