Tikantəpədə qarşıdurma: Əhali isfahanlı mədənçiləri bölgəyə buraxmadı-FOTOLAR

2021-04-14 16:05

Tikantəpənin Yolqun Ağac kəndinin sakinləri ilə “Patax Qala” mədəninin istismarı ilə məşğul olan isfahanlılar arasında toqquşma baş verib. 

Gunaz.tv Quote | Gunaz article

Əhali isfahanlılara məxsus ağır texnikanın bölgəyə girməsinə mane olub.

Qeyd edək ki, Yolqun Ağac kəndinin yaxınlığında yerləşən Patax Qala 3 min illik keçmişi olan tarixi məkandır və 2006-cı ildə ölkənin mədəni irs siyahısına salınıb.

Ərazidə Mədəni İrs Təşkilatı tərəfindən quraşdırılan lövhədə “bura tarixi və qorunan məkandır. Hər hansı dəxalət, mənimsəmə, qazıntı qadağandır və bunu riayət etməyənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar” yazılıb.

Buna baxmayaraq İsfahan şəhərindən olan istismarçılar bir neçə ildir ki, qanunsuz olaraq və hansısa münasibətlərdən istifadə edərək traverten daşlarını istixrac (hasil edir) edir, tarixi bölgəyə  və ətraf mühitə zərər vururlar.

Son vaxtlar isə onlar daha çox istismar və istixrac üçün bölgəyə ağır texnikalar gətiriblər. Bu isə bölgə əhalisinin, Yolqun Ağac kəndi sakinlərinin ciddi etirazları ilə qarşılaşıb.

Bundan başqa mədənlə kənd arasında qanunla təyin olunan məsafə riayət olunmadığı üçün mədən istixracından irəli gələn təhlükəli tozlar və zəhərli maddələr kənd əhalisinin əksəriyyətində tənəffüs problemlərinin yaranmasına səbəb olub.

“Bu mədəndən kənd əhalisinin payı əkin sahələrinin məhv olması, kənd yolların dağılması, bölgənin nadir bitki örtüyünün məhv olması və ətraf mühitin ziyan görməsidir”-Yolqun Ağac kəndinin “İnstagram” səhifəsində yazılıb:


Kənd əhalisinin bildirdiyinə görə, bir neçə il öncə tarixi məzarların dağıdılması ilə bağlı əhalinin Mədəni İrs Təşkilatına şikayət etməsindən sonra mədəndə işlər bir müddət dayandırılıb. 

Ancaq sonra hansısa münasibətlərdən istifadə edərək və rüşvət qarşılığında yenidən istismara başlanılıb.

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.
 
Mədənlərin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər. Ondan əldə edilən gəlirlərdən isə İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

C.E
 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14