Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10 17:23

Güney Azərbaycanın Tikantəpə (Təkab) şəhərində fəaliyyət göstərən mədənlərin qeyri-standart fəaliyyəti məntəqənin ətraf mühitinə ciddi ziyan vurmaqla bərabər kəndlərdə yaşayan yerli əhalini başqa yerlərə köçməyə məcbur edir.

Gunaz.tv Quote | Gunaz article

Bu mədənlər sırasında Günbəd və Birincə kəndlərində fəaliyyət göstərən daş mədənlərindən ad aparmaq olar.

Günbəd kəndində daş istehsal edən zavodun 25 illik fəaliyyəti nəticəsində məntəqənin təbii sərvətlərinə geniş şəkildə ziyan dəyib. Bununla yanaşı mədənin fəaliyyəti yeraltı sulara, bağlara və kənd təsərrüfatı torpaqlarına da düzəlməz ziyan vurub.

 

 

Məlumata əsasən, bu mədənin sahibi yerli olmayan sahibkar Həci Bağır Məhəmmədidir. Məhəmmədi lobbiçiliklə Birincə kəndinin yuxarısında başqa bir mədəni qeydiyyatdan keçirib və 8 ildən çoxdur ki, burada qeyri-standart metodlarla daş istehsal edir.

 

 

Daş istehsal edən zavodun tikilməsində qanunvericilikdə nəzərdə tutulan kənddən 500 metrlik məsafəli olma qaydasına riayət olunmayıb. Nəticədə mədənin tozu külək vasitəsilə kəndin otlaqları, bağları və əkinçilik sahələrini yarasız vəziyyətə salıb. Bu toz həmçinin Kənd əhalisində kəskin tənəffüs problemlərinə səbəb olub.

 

 

Daş mədəninin yaratdığı təhlükəli ekoloji problemlər  Birincə kənd əhalisini evlərinə tərk edərək başda Tehran olmaqla digər şəhərlərə köçməyə məcbur edib. Mədənin fəaliyyətinin başlamasından öncə bu kənddə yaşayan 20 ailədən hazırda təkcə 4 ailə kəndi tərk etməyib.

 

 

Son illərdə ətraf kəndlərin əhalisi həbs edilmək və cərimələnməyi gözə alaraq bu mədənlərin ətraf mühitə ziyan vurması ilə bağlı dəfələrlə etiraz etsələr də heç bir nəticə əldə olunmayıb.

 

 

Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir. Lakin İran rejiminin ayrı-seçkilik siyasətləri nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.

Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15