SON XƏBƏRLƏR

Tikantəpədə terrorçuların simvolunu qaldıranlara etiraz edənlər mühakimə olunub

2021.10.20, 07:36
Tikantəpədə terrorçuların simvolunu qaldıranlara etiraz edənlər mühakimə olunub

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərinin yerli olmayan bələdiyyə başçısı Naseh Məhəmmədxaninin şikayəti əsasında məhkəməyə çağırılan 12 tikantəpəli soydaşımız mühakimə olunub.

 

Onlar şəhərdə “Pejak” terror qruplaşmasının simvolunu heykəl üzərində quraşdırıb və qaldıranlara etiraz etdikləri üçün bələdiyyə başçısının qəzəbinə tuş gəlib.

 

Məlumata görə, Saib Nəhavəndi Tikantəpə, Yavərəli Qəmərniya, Əli Hidayəti, Vəhid Sədri, Ramin Rzayi, Mehdi Rzayi, Abdulla Əflaki, Həmid Eyvəzi, Hadi Şəhbazi, Murtaza Neysani, Məcid Zahidpur və Nəvvab Cahani Tikantəpə İnqilab Məhkəməsinin 1-ci şöbəsində (Dadsəra) mühakimə olunub. Soydaşlarımız mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Məhkəmənin ötən həftə tikantəpəli gənclərə göndərdiyi çağırış vərəqəsində onların bələdiyyə başçısını təhqir etmək və ictimai nizam-intizamı pozmaqda ittiham olunduğu qeyd olunub.

 

Azərbaycanlı gənclər oktyabrın 13-də “Pejak” və İran Kürdistanı Demokratik Partiyası terrorçu qruplaşmalarını simvolizə edən heykəlin Tikantəpənin Şərifabad məhəlləsində qaldırılmasına etiraz bildirmişdir. Bələdiyyə İdarəsinin həyətində keçirilən dinc yığıncaq Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikaili və kürddilli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin tərəfdarlarının hücumuna məruz qalıb, tərəflər arasında qarşıdurma yaşanmışdır.

Bu hadisədən bir neçə saat sonra Dəf heykəlinin üzərindən terrorçu qruplaşmalarını simvolizə edən element götürülüb.

 

Xatırladaq ki, Dəf musiqi aləti şəkilində hazırlanan heykəldə terror qruplaşmalar “Pejak” və İran Kürdüstanı Demokratik Partiyasının simvolu olan “günəş” əks olunmuşdur. Heykəl Tikatəpə şəhərinin sözdə bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin nəzarəti ilə hazırlanıb və oktyabr ayının 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılmışdır.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar