Tikantəpənin sərvətləri talanır: Bölgənin icra hakimi mərkəzi hökuməti sərt tənqid etdi

2021-04-19 15:05

Tikantəpənin İcra hakimiyyətinin rəhbəri Mahmud Zamani bölgənin yeraltı və yerüstü sərvətlərinin talan edilməsinə görə İran hökumətini tənqid edib. 

Gunaz.tv Quote | Gunaz article

"İki böyük qızıl, 59 mərmər və qranit yatağı, dünya səviyyəsində qeydə alınmış çox sayda tarixi abidələrinin olmasına baxmayaraq, Tikantəpənin 31 ən az inkişaf etmiş bölgə siyahısında olması qəbuledilməzdir"-Mahmud Zamani belə deyib. 

 

Mahmud Zamani qeyd edib ki, Tikantəpənin əsas problemi infrastrukturun yoxluğu, işsizlik səviyyəsinin yüksək olmasıdır. 

Onun fikrincə yolların, səhiyyənin və təhsilin bərbad vəziyyətdə olması da regionun əsas problemlərindəndir.

Bölgədə Yaxın Şərqin ən böyük iki qızıl yatağı Ağdərə və Zərəşoranın olmasına diqqət çəkən icra başçısı əhalinin yoxsul yaşadığını və bu yataqlardan əldə gəlirdən yerli sakinlərə pay düşmədiyini deyib.

 

"Hazırda qızıl istehsalının 38% -dən çoxu bu şəhərdə həyata keçirilir və ölkənin qızıl yığımının 40% -i Tikantəpədədir. Ancaq şəhərdə müvafiq sənaye sahələrinin olmaması və qızıl hasilatından əldə edilən gəlirin bölgədən xaric olması səbəbindən hələ də məhrumiyyətlərlə üzləşməli oluruq”-deyə, Mahmud Zamani bildirib.

O, yataqlardan əldə edilən gəlirin 15%-nin bölgəyə ixtisas verilməsini tələb edib.

 

Fevral ayında Tikantəpənin İran parlamentindəki nümayəndəsi Həsən Hümməti əhalinin Tikantəpə qızıl yataqları haqqında şübhəli düçüncələrinin olduğunu, onların bu yataqların ancaq suları, təbiəti və ətraf mühiti çirkləndirdiyini düşündüklərini qeyd edərək, qızıl yataqlarının fəaliyyətinin şəffaflaşdırılmasının vacibliyini bildirmişdi.

 

H.Hümməti bölgənin gəlişməsi və əhalinin rifahının qızıl yatağının paylarının yerli əhaliyə satılmasında fikrində israrlı olduğunu deyib.

Qeyd edək ki, Tikantəpə Yaxın Şərqdə Zərəşoran və Ağdərə kimi iki ən böyük qızıl mədəni, həmçinin 80 daş mədəninə sahibdir.

 

Lakin İran rejiminin ayrı-seçkilik siyasəti nəticəsində bura ölkə üzrə ən ağır iqtisadi durumda olan bölgələrdən biridir. Tikantəpəni əyalət mərkəzi ilə birləşdirən münasib yol belə mövcud deyil.
 
Zərəşoran mədəninin səhmdarları və sahibləri ölkənin mərkəzində yerləşən, farsların üstünlük təşkil etdiyi əyalətlərdəndir. Onlar mədəndən hasil edilən xam məhsulu ölkənin mərkəzinə göndərirlər, beləliklə, ondan əldə edilən gəlirlərdən İsfahan, Kirman, Yəzd və Tehran kimi əyalətlər faydalanır.


 
C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14