Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21 15:48

Tikantəpənin kürdmənşəli nümayəndənin seçki saxtakarlığı əhalini hiddətləndirib.

Gunaz.tv Quote | Gunaz article

Tikantəpə şəhərindən İran parlamentinə göndərilən kürd mənşəli millət vəkili Həsən Himmətinin şəhər şuraları seçkilərində saxtakarlıq əməlləri yerli əhalinin qəzəbinə səbəb olub. 

İyunun 19-u şəhər şuralarına keçirilən səsvermənin nəticələri bəlli olub. Sosial mediada yayılan informasiyalardan qalib gələn namizədlərin adlarını öyrənən əhali İcra başçısının rəsmi şəkildə siyahını elan etməsini gözləyirmiş.

Qeyd edək ki, seçkilərdə aşağıdakı şəxslərin qalib gəldiyi məlum olmuşdu:
1. Səccad Tahiri (türk)
2. Ruqəyyə Bərati (türk)
3. Səlahəddin Əmini (kürd)
4. Sirus Mürvəti (türk)
5. İrəc Abbasi (türk)

Prezident seçkilərinin nəticəsi elan olunsa da, İcra Hakimiyyətində seçkilərə nəzarət heyətinin başçısı Həsən Himməti şəhər şuralarında qalib gələn namizədlərin siyahısının elan olunmasına imkan verməyib.

Həsən Himməti bütün imkanlarından istifadə edərək “Tikantəpə Birlik Səsi” qrupunun üzvü Behzad Ərcüməndinin adını qalib namizədlər siyahısından çıxararaq onun yerinə mühacir kürdlərdən olan Xalid Zareinin adını salmaq istəyib.

Ancaq sosial mediada yayınlanan məlumatlar və onların saxtakarlıq planlarının ifşası onların bu hərəkətinin qarşısının alınmasına səbəb olub.

Bundan sonra onlar Behzad Ərcüməndinin adını əsas siyahıdan çıxararaq alternativ üzvlər siyahısına salıblar. Onun yerinə isə alternativ siyahıya düşmək üçün yetərli səs toplaya bilməyən İrəc Abbasının adını qeyd ediblər.

Qeyd edək ki, Həsən Himməti Tikantəpənin Çöplü kəndindəndir və ana tərəfdən kürddür. O, türklər arasında özünü türk kimi qələmə versə də kürdlərə meyilli şəxs kimi tanınır.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30