Tikantəpənin millət vəkili Humayun Haşimiyə etiraz olaraq oturacağına kartof qoyulub – VİDEO

11.12.2019, 19:21

GünAz TV: Qərbi Azərbaycan Əyalətinin Tikantəpə şəhərində millət vəkili Humayun Haşimiyə etiraz olaraq oturacağına 2 kilo kartof qoyulub.

 

Hadisə Tikantəpənin Pəyam-Nur Universitetində Öyrənci Günü münasibəti ilə keçirilən mərasimdə baş verib. Mərasimdə Tikantəpə Şəhər İcra Hakimiyyətinin başçısı, Bələdiyyə başçısı, şəhərin imam cüməsi və digər məsullar iştirak edib.

 

Məlumata görə, tikantəpəli öyrəncilər mərasimdən əvvəl şəhərin millət vəkilindən tədbirə qatılmasını istəyiblər, lakin Humayun Haşimi mərasimdə iştirak etməyib. Bundan sonra öyrəncilər millət vəkilinin mərasimə qatılmaması və 4 il müddətində zəif fəaliyyət göstərməsinə etiraz olaraq onun üçün nəzərdə tutulan oturacağa 2 kilo kartof qoyublar.

 

Öyrəncilər bildirib ki, bu şəhərdə kartof Humayun Haşimidən daha çox işə yarayıb.

 

https://www.youtube.com/watch?time_continue=13&v=LmmkXlwtmWM&feature=emb_logo

 

Humayun Haşimi verdiyi çoxsaylı vədlərə rəğmən ötən 4 il müddətində çox zəif fəaliyyət göstərib. Bundan əlavə, o Tikantəpə Şəhər Şurasının radikal kürddilli üzvü Hüseyn Mikaili ilə yaxından əməkdaşlıq edir, onunla dostluq münasibəti var. Bu məsələ yerli əhalinin kəskin etirazına səbəb olub.

 

Hüseyn Mikaili ötən il “fırıldaqçılıq, rüşvət alma və ictimai əmlakı mənimsəmə” itihamı ilə Şəhər Şurasından uzaqlaşdırılırdı, lakin Humayun Haşimi radikal kürddilli Şura üzvünü müdafiə edərək onun tutduğu vəzifədən kənarlaşdırılmasına imkan vermədi. Millət vəkilinin şübhəli fəaliyyətləri ilə tanınan Hüseyn Mikailini davamlı olaraq müdafiə etməsi yerli əhalinin narazılığına səbəb olub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zelenski Putinlə görüşünün şərtini açıqladı

2022-08-18

gun az article

Ərdoğan: “Yeni Çernobıl faciəsi yaşamaq istəmirik”

2022-08-18

gun az article

SEPAH-ın Tehranda yerləşən "İmam Hadi" kazarmasında partlayış olub-VİDEO

2022-08-18

gun az article

Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

2022-08-18

gun az article

Səudiyyə Ərəbistanında İran hökumətinə yaxın şəxs ideolojik təbliğat apardığı üçün həbs edilib

2022-08-18

gun az article

Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”

2022-08-18

gun az article

İranda xristianlığı qəbul edən 3 nəfər 16 il həbs cəzasına məhkum edilib

2022-08-18

gun az article

İranlı diplomatdan Azərbaycan qarşı sərsəm iddia: "Naxcıvan İrana birləşdirilməlidir"-VİDEO

2022-08-18

gun az article

İran məhkəməsi tanınmış jurnalisti 10 il həbs cəzasına məhkum edib

2022-08-18

gun az article

İranda 6 məhkum edam edilib

2022-08-18

gun az article

Ərdoğan bu gün Ukraynaya gedir –BMT Baş katibi və Zelenski ilə zirvə görüşü olacaq

2022-08-18

gun az article

Laçını tərk edən ermənilər Azərbaycan ərazilərinə od vurur-VİDEO

2022-08-18

gun az article

Sərhəd Mühafizəsinin yaranmasından 103 il ötür

2022-08-18

gun az article

Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

2022-08-18

gun az article

Salman Rüşdiyə hücum edən şəxs Xomeyni heyranı olduğunu deyib

2022-08-18

gun az article

Keçmiş Amerika rəsmilərindən tələb: "İbrahim Rəisiyə viza verilməsin"

2022-08-18

gun az article

İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

2022-08-17

gun az article

BMT Baş katibi Ukraynaya səfər edib

2022-08-17

gun az article

İran Amerika ilə məhbusların mübadiləsini dərhal yerinə yetirməyə hazır olduğunu deyir

2022-08-17

gun az article

DSX-nın bir qrup hərbi qulluqçusu təltif edilib

2022-08-17