SON XƏBƏRLƏR

Tiqran Sarkisyan Əhmədinejadı Ermənistana dəvət edib

2021.10.20, 07:36
Tiqran Sarkisyan Əhmədinejadı Ermənistana dəvət edib

Gunaz.tv

GünAzTv: İranda səfərdə olan Ermənistanın baş naziri Tiqran Sarkisyan İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadla görüşüb.

Prezident görüş zamanı bildirib ki, İranla Ermənistan arasında iqtisadi əlaqələri siyasi münasibətlərdə müşahidə olunan yüksək səviyyəyə çatdırmaq üçün heç bir məhdudiyyət yoxdur.Tiqran Sarkisyan da iqtisadi əlaqələrdən, dəmiryolu xəttinin çəkilməsinin vacibliyindən danışaraq İran prezidentini ölkəsinə dəvət edib. Onun İran parlamentinin spikeri Əli Laricani ilə görüşəcəyi də gözlənilir. Görüşlərdən sonra iki ölkə arasında erməni məhsullarının İrana ixracına dair razılaşmanın imzalanacağı gözlənilir. Qeyd edək ki, Tiqran Sarkisyanın İrana səfəri ötən gün başlayıb. O, əvvəlcə İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi və xarici işlər naziri Manuçöhr Mottaki ilə görüşüb. Ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar