SON XƏBƏRLƏR

İranda ərzaq üsyanı: İsfahanda izdihamlı mitinqlər keçirilib

2022.05.18, 07:19
İranda ərzaq üsyanı: İsfahanda izdihamlı mitinqlər keçirilib

Gunaz.tv

Qolpayqanlı etirazçılar ali rəhbər Əli Xamneyi, prezident İbrahim Rəisiyə qarşı şüarlar səsləndirib. Mollaların hakimiyyətdən getməli olduqlarını deyib və başqa şəhərlərin əhalisini etiraz aksiyalarına qoşulmağa çağırıblar.

Bununla yanaşı Loristan əyalətinin Əliqudərz şəhərində hökumət məmurları ilə etirazçılar arasında şiddətli qarşıdurmanın olduğu bildirilir.

Məlumata görə, bundan öncə İnqilab keşikçiləri Korpusunun məmurları tərəfindən güllələnərək öldürülən Əli Hacivəndin dəfn mərasiminə mane olmaq istəyən məmurlar əhaliyə atəş açıblar.

Məlumatda bir çox bölgələrdə, özəlliklə etiraz aksiyalarının çox olduğu şəhərlərdə internet və mobil telefon xidmətlərinə məhdudiyyətlərin davam etdiyi bildirilir. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar