SON XƏBƏRLƏR

İranda etirazçıların və şagirdlərin öldürülməsi müəllimləri qəzəbləndirib-Tətilə çağırış edildi

2022.10.21, 06:33
İranda etirazçıların və şagirdlərin öldürülməsi müəllimləri qəzəbləndirib-Tətilə çağırış edildi

Gunaz.tv

İran müəllimləri hərbçilərin, təhlükəsizlik və mülki geyimli hökumət qüvvələrinin məktəblərə daxil olmasına, şagirdlərin həbsinə və öldürülməsinə etiraz olaraq oktyabrın 1-i və 2-də siniflərə getməkdən imtina edib və oturaq aksiya keçirəcəklər.

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası təhlükəsizlik, hərbi və mülki geyimli qüvvələrin məktəblərə daxil olmasını” “məktəblərin və təhsil məkanlarının şəxsi toxunulmazlığının pozulması” və “sistemli repressiya” kimi qiymətləndirib.

Ərdəbildə Əsra Pənahi və başqa əyalətlərdə öldürülən şagirdlərin adı çəkilən bəyanatda, bütün bunların İslam Respublikası hakimiyyəti tərəfindən sistemli şəkildə həyata keçirildiyi qeyd edilib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar