SON XƏBƏRLƏR

İtkin əsgərlərin valideynləri Paşinyanla görüşə hazırlaşırlar

2021.11.04, 08:47
İtkin əsgərlərin valideynləri Paşinyanla görüşə hazırlaşırlar

Gunaz.tv

İkinci Qarabağda Müharibə zamanı həlak olan və itkin düşənlərin yaxınları şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Ermənistan KİV-nə istinadən bildirir ki, itkin düşən əsgərin atası Qaqik Mxitaryan əldə olunan razılaşma barədə jurnalistlərə açıqlama verib.

O vurğulayıb ki, təşəbbüs qrupu baş nazirlə müzakirə olunacaq məsələləri işləməlidir.

"Biz istəyirik ki, iclasda 10-dan çox olmayan valideyn iştirak etsin. Onda bu, daha effektli olacaq və suallar şəxsi deyil, ümumi, araşdırma və bir sıra digər məsələlərlə bağlı olacaq", - Mxitaryan bildirib.

Çərşənbə günü səhər saatlarında Qarabağda həlak olan və itkin düşənlərin yaxınları Respublika meydanı və hökumət binası ilə bitişik Tiqran Mets küçəsini bağlayıblar.

Aksiya iştirakçıları baş nazir və bir sıra idarələrin rəhbərləri ilə görüş tələb ediblər. Daha sonra onlar polis rəisinin müavini Ara Fidanyanla görüşüblər. Etirazçıların sözlərinə görə, onlar görüşə yalnız ona görə razılaşıblar ki, Ara Fidanyan Paşinyanla müzakirə aparmağa kömək etsin. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar