SON XƏBƏRLƏR

Tokio-2020 Olimpiadasının xalça lövhəsi Qərbi Azərbaycanda hazırlanıb

2021.10.20, 07:36
Tokio-2020 Olimpiadasının xalça lövhəsi Qərbi Azərbaycanda hazırlanıb

Gunaz.tv

GünAz TV: Tokio-2020 Olimpiadasının xalçadan olan lövhəsi Qərbi Azərbaycan Əyalətində hazırlanıb.

 

Xalçanı toxuyan Fridun Nəqilu bu barədə “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Bu xalça Qərbi Azərbaycan Əyalətinin xalçaçılıq sənətini dünyaya tanıtdırmaq məqsədi ilə toxunub, onun hazırlanması iki ay yarım vaxt aparıb.

Bu, beynəlxalq səviyyədə keçirilən idman yarışlarına təqdim olunan dördüncü xalça lövhəsidir. Lövhənin üzərində olimpiadanın loqosu, İran Olimpiadası Milli Komitəsinin nişanı, Tokio Olimpiada Oyunlarının rəsmi loqosu, Yaponiya və İran bayrağı öz əksini tapıb.”- deyə o bildirib.

 

Fridun Nəqilu toxuduğu xalçanın uzunluğunun 1 metr, eninin isə 90 santimetr olduğunu diqqətə çatdırıb. O bildirib ki, xalçada 37 təbii rəngdən istifadə olunub.

 

Xalçanı toxuyan soydaşımız bundan əvvəl hazırladığı xalça lövhələrinin voleybol üzrə 2019-cu il Millətlər Liqası, futbol üzrə 2019-cu il Asiya Kuboku və 2018 Dünya Kubokunda istifadə edildiyini bildirib.

O Tokio-2020 Olimpiadası üçün hazırladığı lövhənin koronavirus böhranından sonra İran Olimpiadası Komitəsinin muzeyinə təqdim ediləcəyini deyib.

 

Qeyd edək ki, Fridun Nəqilu Qərbi Azərbaycan Əyalətində yerləşən Xoy şəhərinin ətraf kəndlərindəndir, onun 30 yaşı var.

 

Xalçaçılıq sənəti qədim peşələrdən biridir. Əsrlərdir, bu xalq tətbiqi sənət sahəsi öz toxunulmazlığını qoruyub və bu vaxta qədər gəlib çıxıb. Xalçaçılıqdan şöhbət düşəndə, Güney və Quzey Azərbaycan şəhərləri və adı-sanı ilə tanınan xalçaçılar yada düşür.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar