SON XƏBƏRLƏR

Stoltenberq: “NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək”

2022.01.28, 22:40
Stoltenberq: “NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək”

Gunaz.tv

Bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxış edib.

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə partnyor ölkəyə münasibətdə tətbiq edilə bilməz. NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır, deyə Baş katib əlavə edib.

“Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir. Halbuki, Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək”, - deyə Stoltenberq vurğulayıb.

NATO rəhbəri bildirib ki, Alyans Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar