SON XƏBƏRLƏR

“Trabzonspor” klubundan “Traxtur”a yoldaşlıq görüşü təklifi

2021.10.20, 07:36
 “Trabzonspor” klubundan “Traxtur”a yoldaşlıq görüşü təklifi

Gunaz.tv

GünAz TV: Türkiyənin məşhur “Trabzonspor” klubu Təbrizin “Traxtur” klubuna məktub göndərərək komandalar arasında yoldaşlıq görüşünün keçirilməsini təklif edib.

 

Mediada yayılan məlumata görə, Türkiyə klubu “Traxtur” komandasından iyulun 29-na nəzərdə tutulan yoldaşlıq görüşü üçün Türkiyəyə səfər etməsini istəyib.

 

Azərbaycan klubu isə cavab olaraq göndərdiyi rəsmi məktubda komandanın sıx qrafiki ilə əlaqədar bunun mümkün olmadığını, lakin başqa bir zamanda belə bir görüşün keçirilməsinə tərəfdar olduğunu elan edib.

 

Bu arada ötən günlərdə “Traxtur”a transfer edilən ingilis oyunçu Harry Forster artıq komandada öz fəaliyyətinə başlayıb, onun iyulun 24-də oyunçularla birlikdə məşq etdiyi bildirilir.

 

18-ci super liqa yarışları yaxınlaşdığı bir vaxtda “Traxtur” klubunun məsulları komandaya yeni oyunçular cəlb etməyə çalışır. Son məlumata görə, ötən günlərdə “Traxtur” klubunun nümayəndəsi ilə Məhəmmədrza Xanzadə və özbək futbolçu Sərvər Cabbarov arasında danışıqlar aparılıb. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub, oyunçuların “Traxtur”a transfer edilməsi gözlənilir.

 

Ötən mövsümdə Sərvər Cabbarov Tehranın “İstiqlal”, Məhəmmədrza Xanzadə isə Məşhədin “Pədidə” komandasında oynayıblar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar