SON XƏBƏRLƏR

İstilik Elektrik Stansiyasında mazutdan istifadə ilə bağlı xəbərdarlı: "Qanunsuzdur"

2021.11.09, 14:53
İstilik Elektrik Stansiyasında mazutdan istifadə ilə bağlı xəbərdarlı: "Qanunsuzdur"

Gunaz.tv

H.Abbasnejad bunu İran İstilik Elektrik İstehsalat Şirkətinin idarəedici direktoru Möhsün Tərztələbin çıxışına cavab olaraq deyib.

Tərztələb Şərqi Azərbaycan əyalətlərində olan İstilik Elektrik Stansiyalarında mazutdan istifadənin yeni məsələ olmadığını və bunun Ətraf Mühitin Mühafizəsi İdarəsinin razılığı ilə həyata keçirildiyini iddia edib.

“Şərqi Azərbaycan Əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi dizel yanacağının istifadə barədə lisenziya verməyib.

Hətta dizel yanacağının standartlarına uyğun gəlmədiyinə və ekoloji tədbirlərin görülməməsinə, bu yanacadan istifadə etdiyinə görə Təbriz Elektrik Stansiyasından şikayət edib”-deyə, Həsən Abbasnejad bildirib.

Qeyd edək ki, İran Milli Qaz Şirkəti Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün stansiyalarda mazutdan istifadə olunur.

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi məsələ ilə bağlı bundan öncə yaydığı açıqlamada bildirib ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.

Təbrizin İran parlamentindəki nümayəndəsi Ruhullah Mütəfəkkir Azad məsələ ilə bağlı  özünün "twitter" hesabında etdiyi paylaşımda İranın Neft nazirinin impiçmentini tələb edib.

"İndi Milli Qaz Şirkətinin laqeydliyinə görə, nazirin impiçment məsələsinə qaldırmaq məcburiyyətindəyəm. Xalqın həyatının təhlükəsizliyi sövdələşmə predmeti ola bilməz”-deyə, millət vəkili yazıb. 

C.E    

حسن عباس نژاد به عنوان مدیرکل حفاظت محیط زیست استان زنجان منصوب شد

Həsən Abbasnəjad

90 درصد برق کشور در نیروگاه‌های حرارتی تامین می‌شود | خبرگزاری فارس

ran İstilik Elektrik İstehsalat Şirkətinin idarəedici direktoru Möhsün Tərztələb

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar