SON XƏBƏRLƏR

Tramp: “Biz 100 faiz İran millətinə dəstək veririk və bunu onlara göstərəcəyik”

2021.10.20, 07:36
Tramp: “Biz 100 faiz İran millətinə dəstək veririk və bunu onlara göstərəcəyik”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb danışıqlar apardıqdan sonra “Foxnews” telekanalına müsahibəsində rusiyalı həmkarı ilə İran məsələsini müzakirə etdiyini açıqlayıb.

 

İrana qarşı beynəlxalq təzyiqlərin vacibliyini vurğulayan Tramp bildirib ki, Amerika, Suriyada İŞİD-ə qarşı mübarizədə əldə edilmiş nailiyyətdən İranın sui-istifadə etməsinə və Tehranın fürsətdən istifadə edərək öz maraqları uğrunda faydalanmasına imkan verməyəcək.

 

Öz açıqlamasında İranın daxili böhranlarına, ağır iqtisadi durumuna və ölkənin müxtəlif şəhərlərində hakim rejimə qarşı baş qaldıran xalq üsyanlarına toxunan Tramp deyib ki, Vaşinqtonun tətbiqinə başladığı sanksiyalar İran millətinə yox, rejimə qarşı yönəlib: “Biz 100 faiz İran millətinə dəstək veririk və bunu onlara göstərəcəyik.

 

Bu gün, İranın bütün şəhərlərində üsyanlar və etirazlar baş qaldırır. İnflyasiya ölkəyə hakim olub və iqtisadi baxımdan vəziyyət çox ağırdır.  Rejimə qarşı hazırkı etirazlar isə demək olar ki, hər vaxtdan çox genişlənib. Bütün bunlar isə bizim nüvə sazişindən çıxmağımızdan sonra baş verir”.

 

Tramp həmçinin rusiyalı həmkarı ilə görüşdə, İran və onun hərbi qüvvələrinin Suriyadan çıxarılması məsələsindən başqa, qarşılıqlı ticarət, hərbi və reginaıl məsələlər, nüvə problemi, eləcə də Çinlə münasibətlər mövzularında müzakirələr apardığını söyləyib. Amerika prezidenti İranla bağlı Putinlə apardığı danışıqların detallarını açıqlamayıb.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar