SON XƏBƏRLƏR

Tramp: “Bu, İran millətini qətlə yetirən, ona işgəncələr verən şər və vəhşi bir rejimdir”

2021.10.20, 07:36
Tramp: “Bu, İran millətini qətlə yetirən, ona işgəncələr verən şər və vəhşi bir rejimdir”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp fevralın 3-də CBS telekanalının “Millətlə üz-üzə” verilişinə müsahibəsində Amerika hərbi qüvvələrinin İraqda saxlanılmasının əhəmiyyətindən və İranın region ölkələrinə qarşı yürütdüyü dağıdıcı siyasətindən danışıb.

 

Tramp bildirib ki, Amerikanın hərbi qüvvələrini İraqda saxlamaqda əsas məqsədi, İranın regiona qarşı təhlükə sayılan şər əməllərinin qarşısını almaq üçündür: “Bu qüvvələri İraqda saxlamağımın səbəblərindən biri odur ki, İranı və onun bütün fəaliyyətini qismən də olsa yaxından nəzarətdə saxlaya bilək. Çünki İran İslam Respublikası gerçək bir problemdir.

 

Bizim İraqda son dərəcədə mükəmməl və inkişaf etmiş bir hərbi bazamız var. Bu baza Orta Şərqi, o cümlədən də İranı nəzarət altında saxlamağa qadirdir. Bununla da biz bütün regionu nəzarətdə saxlayaraq, bölgədə ortaya çıxacaq hər hansı bir problem və ya təhlükədən qabaqcadan xəbərdar olacağıq. Misal üçün, əgər kimsə atom silahı istehsal etmək istəsə və ya başqa təhlükəli bir silah icad etmək istəsə, bunu gerçəkləşdirə bilməsindən əvvəl biz onun bu niyyətindən xəbərdar olacağıq.

 

Mən, İraqdakı hərbi bazamızda fəaliyyət göstərən kəşfiyyatçı qruplarımıza tam inanıram. Lakin əgər onlar İranın sülhpərvər bir ölkə olduğunu desələr, sözsüz ki, mən yüz faiz buna qarşı çıxacağam. Fakt odur ki, Tehrana hakim rejim, İran millətini qətlə yetirən, ona işgəncələr verən şər və vəhşi bir rejimdir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar