SON XƏBƏRLƏR

Tramp: “Bu, İran üçün sonuncu fürsət və şansdır, nüvə razılaşmasına düzəlişlər edilməsə, biz bu sazişdən çıxacağıq”

2021.10.20, 07:36
Tramp: “Bu, İran üçün sonuncu fürsət və şansdır, nüvə razılaşmasına düzəlişlər edilməsə, biz bu sazişdən çıxacağıq”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp yanvarın 12-də bəyanat yayaraq, İranın 2015-ci ildə Qərb dövlətləri ilə imzaladığı nüvə sazişinin şərtləri çərçivəsində bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması müddətini 120 günlüyə uzatdığını bildirib.

 

Tramp bildirib ki, o, sonuncu dəfə olaraq İrana güzəştə gedir və əgər qarşıdan gələn 4 ay müddətində, Amerikanın imzalanmış nüvə sazişinə düzəlişlər edilməsi və Tehranın raket proqramı barədə danışıqlar aparılması ilə bağlı tələbləri yerinə yetirilməsə, İrana qarşı tətbiq edilmiş əvvəlki sanksiyalar yenidən bərpa ediləcək: “Hesab edirik ki, İranla imzalanmış nüvə sazişinin ciddi iradları aradan qaldırılmalı, ona düzəlişlər edilməlidir. Bu, İran üçün sonuncu bir fürsət və şansdır. Nüvə sazişindəki kobud iradlar aradan qaldırılmasa və rəsmi Tehranla həqiqi bir razılaşmanın mümkünsüz olduğunu gördüyüm istənilən zaman, dərhal bu sazişdən çıxacağam.

 

Baxmayaraq ki, şəxsən özüm bu razılaşmadan çıxmağın tərəfdarıyam, lakin Amerikanı bu sazişdən çıxarmamışam. Mən, sadəcə olaraq qarşıya iki yol qoymuşam. Ya bu sazişdə yol verilən kobud və faciəli iradlar aradan qaldırılmalı və ona düzəlişlər edilməlidir, ya da Amerika hökuməti bu sazişdən çıxacaq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar