SON XƏBƏRLƏR

Tramp: “Hökumətimizin yürütdüyü siyasət, çox ehtimalla İran İslam Respublikasının devrilməsinə gətirib çıxara bilər”

2021.10.20, 07:36
Tramp: “Hökumətimizin yürütdüyü siyasət, çox ehtimalla İran İslam Respublikasının devrilməsinə gətirib çıxara bilər”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp avqustun 31-də məşhur “Bloomberg” agentliyinə müsahibəsində Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalardan və uçuruma yaxınlaşan Tehran rejiminin müəmmalı taleyindən danışıb.

 

Tramp bildirib ki, o prezident kimi Ağ evə gəldikdən sonra İranın regional fəaliyyətlərinin qarşısı alınıb: “Mən buraya (Ağ evə) gələndə, İranın Orta Şərqdə nəzarəti nə zaman ələ ala biləcəyindən və bölgənin hegemonuna çevriləcəyindən söhbət gedirdi. Lakin son il yarımda vəziyyət xeyli dəyişdi. Hazırda isə ortaya çıxan sual budur ki, görəsən İran rejimi nə vaxta qədər davam gətirəcək. Ümumiyyətlə bundan sonra ayaq üstdə dura biləcək ya yox. Bu isə hökumətimizin son il yarımda yürütdüyü siyasətin nəticəsidir. Bu siyasət, çox ehtimalla İran İslam Respublikasının devrilməsinə gətirib çıxara bilər”.

 

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Bu addım nəticəsində, son həftələr, dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar