SON XƏBƏRLƏR

Tramp hökumətinin nümayəndələri İranla yaşanan son gərginliklərlə bağlı Konqresdə açıqlama verəcəklər

2021.10.20, 07:36
Tramp hökumətinin nümayəndələri İranla yaşanan son gərginliklərlə bağlı Konqresdə açıqlama verəcəklər

Gunaz.tv

GünAz TV: Tramp hökumətinin nümayəndələri İranla son həftələr ərzində yaşanan gərginliklər ətrafında açıqlama vermək üçün bu gün Konqresdə görüş keçirəcəklər.

 

Mayın 14-də Konqres üzvləri hökumətin İran ətrafında yaranmış gərginliklərlə bağlı onlara kifayət qədər məlumat verməməyini tənqid etmişdilər. Bunda sonra hökumət Konqres üzvlərini daha çox məlumatlandırmaq üçün bu gün üzvlərlə toplantı keçirməyi qərara alıb.

 

Görüşdə həm respublikaçılar, həm də demokratlar, eləcə də Nümayəndələr Palatası və Senatın Təhlükəsizlik Komitələrinin üzvləri iştirak edəcəklər.

 

Qeyd etmək lazımdır ki, mayın 2-də Amerikanın İranın neft ixracatını sıfıra endirmək istiqamətində tam təzyiq siyasətini tətbiq etməsindən sonra iki ölkə arasındakı gərginlik daha da artıb. ABŞ İranın regionda təhdidlərinin və provokativ addımlarının qarşısını almaq üçün körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi, B-52 tipli strateji bombardımançı və Patriot zenit-raket kompleksi göndərib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar