SON XƏBƏRLƏR

Tramp: “İran bir ölkə olaraq iflasa uğramaqdadır”

2021.10.20, 07:36
Tramp: “İran bir ölkə olaraq iflasa uğramaqdadır”

Gunaz.tv

GünazTV: İyunun 6-da Parisə səfər edən ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla görüşərək, İranın nüvə silahına yiyələnmək üçün cəhdindən və sanksiyaların İran iqtisadiyyatına təsirindən danışıb.

 

İkinci dünya müharibəsində Fransanın şimalında nasist Almaniya qüvvələrinə qarşı həyata keçirilmiş Normandiya əməliyyatının 75-ci ildönümü münasibəti ilə Parisdə keçirilən mərasimdə çıxış edən Tramp deyib ki, Amerika ilə Fransa arasında İran problemi ilə bağlı fikir ayrılığı yoxdur: “Sanksiyalardan əvvəl, İran İslam Respublikası Orta Şərq regionunda baş verən müxtəlif münaqişələrdə əli olan gerçək terrorçu bir ölkə idi. Lakin indi vəziyyət tam dəyişib və artıq bunu etmir. İranlılar yoxsullaşıblar və İran bu gün bir ölkə olaraq, artıq iflasa uğramaqdadır. Baxmayaraq ki, mən belə olmasını istəməzdim.

 

Rəsmi Tehranla danışıqlar aparmaq məsələsinə gəlincə, düşünürəm ki, onlar (iranlılar) bizimlə müzakirə aparmaq istəyirlər. Bunu biz də istəyirik. Lakin bir şey var ki, onlar nüvə silahına yiyələnməməlidirlər. Biz, buna imkan verməyəcəyik” –deyə ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

Həmin gün, Trampla birgə mətbuat konfransına qatılan Fransa prezidenti Emmanuel Makron  deyib ki, Fransa ilə Amerikanın İranla bağlı ortaq hədəfi var: “İranın nüvə silahına yiyələnə bilməməsi, onun ballistik raket fəaliyyətinin azaldılması, İranın regional fəaliyyətinin nəzarətdə saxlanılması və bölgədə sülhün bərqərar olunması, bizimlə amerikalıların müştərək hədəfidir” deyə Emmanuel Makron vurğulayıb.

 

 

Xatırladaq ki, bundan əvvəl İranın günlük ixrac etdiyi neftin həcmi 2 milyon 500 min barel təşkil edirdisə, Amerikanın İran neftinin satışına sanksiya qoymasından sonra hazırda bu rəqəm, 400 min bareldən aşağı düşüb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar