SON XƏBƏRLƏR

Tramp: “İran hərbi və diplomatik mərkəzlərimizə qarşı hər hansı bir hücuma görə məsuliyyət daşıyacaq. Bu xəbərdarlıq deyil, təhdiddir”

2021.10.20, 07:36
Tramp: “İran hərbi və diplomatik mərkəzlərimizə qarşı hər hansı bir hücuma görə məsuliyyət daşıyacaq. Bu xəbərdarlıq deyil, təhdiddir”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp dekabrın 31-də Florida ştatında jurnalistlərə açıqlamasında və “Twitter”də yaydığı bir yazıda İranı Amerikanın İraqdakı hərbi mərkəzlərinə və diplomatik korpuslarına qarşı hücumların təşkilində günahlandırıb.

 

Trampın açıqlaması, İranın dəstəklədiyi “Həşdəş-Şəbi” terror qruplaşmasının ABŞ-ın Bağdadın “yaşıl zonası”nda yerləşən səfirliyinə qarşı hücumundan az sonraya təsadüf edib.

 

Tramp jurnalistlərdən birinin İranla Amerika arasında savaşın mümkünlüyü barədə verdiyi sualı cavablandıraraq deyib ki, o, iki ölkə arasında müharibə olacağını proqnozlaşdırmır: “Biz, müharibə istəmirik və belə bir niyyətimiz də yoxdur. Mən istəyirəm ki, aramızda sülh olsun. Mən sülhün tərəfdarıyam və hesab edirəm ki, İran da hər kəsdən artıq sülhün tərəfdarı olmalıdır. Elə buna görə də, mən ölkələrimiz arasında hər hansı bir savaşın baş verəcəyini proqnozlaşdırmıram” –deyə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp əlavə edib.

 

ABŞ prezidenti həmin gün “Twitter” səhifəsində paylaşdığı bir yazıda İrana Amerikanın İraqdakı hərbi qüvvələrinin həyatını təhlükəyə salan hər hansı bir addımına görə xəbərdarlıq edib: “İran bizim hərbi və ya diplomatik mərkəzlərimizə qarşı hər hansı bir hücuma görə məsuliyyət daşıyacaq. İranın belə bir addımı ona çox baha başa gələcək. Bu bir xəbərdarlıq yox, təhdiddir” –deyə, Tramp “Twitter”də paylaşdığı yazısında bildirib.

 

 

Qeyd edək ki, son iki gündə İranın İraqda dəstəklədiyi “Həşdəş-Şəbi” terror qruplaşmasının yüzlərlə muzdlusu Bağdadda beynəlxalq diplomatik korpsların yerləşdiyi “yaşıl zona”ya daxil olaraq, Amerika səfirliyinin binasına hücum edib. Hücumda səfirliyin şüşələri sındırılıb, qapıları yandırılıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar