SON XƏBƏRLƏR

Tramp: “İran rəsmiləri istəsələr bir-birimizlə görüşərik, istəməsələr, mənim üçün önəmli deyil”

2021.10.20, 07:36
Tramp: “İran rəsmiləri istəsələr bir-birimizlə görüşərik, istəməsələr, mənim üçün önəmli deyil”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp avqustun 20-də “Röyters” agentliyinə müsahibəsində İranla danışıqlardan və bununla bağlı rəsmi Tehrana irəli sürdüyü təklifindən danışıb.

 

Tramp, “Sizin Həsən Ruhani ilə ilkin şərtsiz danışıqlara hazır olmağınızla bağlı təklifinizin İran rəsmiləri tərəfindən rədd edilməsinə münasibətiniz nədir” sualını cavablandıran Tramp əvvəlki təklifini bir daha təkrar edib: “İran rəsmiləri istəsələr bir-birimizlə görüşərik, yox əgər istəməsələr problem deyil. Daha doğrusu, onların mənimlə görüşüb-görüşməməsi mənim üçün o qədər də önəmli deyil”.

 

Xatırladaq ki, Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra onunla birgə keçirdiyi mətbuat konfransında İran məsələsindən danışıb.

 

O, jurnalistlərdən birinin verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını belə cavablandırıb: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Əgər onlar (İran rəhbərləri) istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun”.

 

 

İran prezidenti Həsən Ruhani avqustun 15-də Nazirlər Kabinetinin iclasında çıxış edərək, Amerika ilə münasibətlərdən və iki ölkə arasında yıxılmış danışıqlar körpüsündən danışaraq, Trampın danışıqlar təklifinə münasibət bildirib: “Əgər Amerika İranla müzakirələrə başlamaq istəyirsə, iki ölkə arasında yıxdığı danışıqlar körpüsünü yenidən bərpa etməlidir. Körpünü Amerikanın özü yıxıb, indi də onun obiri başında dayanıb soruşur ki, körpüdən necə keçmək olar.

 

Əgər həqiqətən körpüdən keçmək, bizimlə görüşüb danışıqlar aparmaq istəyirdinsə, onu niyə yıxdın. Maraqlıdır ki, amerikalılar körpünü özləri yıxdığı bir halda, indi onun o başında dayanıb səs-küy salırlar ki, biz bunu neçə keçməliyik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar