SON XƏBƏRLƏR

Tramp: “İran təhdidinin qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərilməsinə ehtiyac yoxdur”

2021.10.20, 07:36
Tramp: “İran təhdidinin qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərilməsinə ehtiyac yoxdur”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp mayın 23-də jurnalistlərə açıqlamasında İranın regionun sabitliyinə qarşı təhdidindən və Vaşinqtonun bölgəyə göndərdiyi hərbi qüvvələrindən danışıb.

 

Öz açıqlamasında regionda İranın “çox pis” və “təhlükəli bir oyunçu” olduğunu vurğulayan Tramp deyib ki, o Amerikanı nüvə sazişindən çıxarmasından sonra İranın iqtisadi baxımdan durumu çox ağırlaşıb: “Hesab edirəm ki, İran təhdidinin qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərilməsinə ehtiyac yoxdur. Lakin buna zərurət yaranarsa, bölgəyə istənilən qədər qüvvə göndərəcəyik” –deyə Tramp vurğulayıb.

 

Xatırladaq ki, bir neçə gün əvvəl “Associated Press” agentliyi Amerikanın  müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahana və  Pentaqonun digər rəsmilərinə istinadən, qurumun yaxın günlərdə Ağ Evə Yaxın Şərqə 10 min nəfərdən ibarət əlavə hərbi qüvvənin göndərilməsi ilə bağlı plan təqdim edəcəkləri haqda məlumat yaymışdı.

 

 

Qeyd edək ki, İranın körfəzdə Hörmüz boğazını neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacağı ilə bağlı təhdidlərinə cavab olaraq, ABŞ Müdafiə Nazirliyi iki həftə əvvəl Amerikanın “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisini, B-52 strateji bombardımançılarını və “Patriot” zenit-raket kompleksini körfəz bölgəsinə göndərib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar