SON XƏBƏRLƏR

Tramp: “İrana qarşı qəbul edilmiş sanksiyalar ləğv edilməyəcək”

2021.10.20, 07:36
Tramp: “İrana qarşı qəbul edilmiş sanksiyalar ləğv edilməyəcək”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Həsən Ruhani ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assembliyası çərçivəsində görüşünü istisna etməyib.

 

O, Ağ Evə jurnalistlərlə keçirdiyi görüş zamanı İrana qarşı qəbul edilmiş sanksiyaların ləğv edilməyəcəyini deyib. Tramp eyni zamanda cari ayın sonunda Baş Assembliya çərçivəsində Ruhani ilə görüşməyi mümkün adlandırıb.

 

Fransa prezidenti Emmanuel Makron son aylar ərzində rəsmi Vaşinqtonla İran arasında gərginliklərin aradan qaldırılması üçün böyük səy göstərir. Makronun bu təlaşlardan sonra ABŞ və İran prezidentinin görüşəcəyi təxmin edilir.

 

Həsən Ruhani isə Amerika ilə danışıqların başlaması üçün sanksiyaların ləğvini ilkin şərt kimi irəli sürüb. Digər tərəfdən, İran ABŞ-la birbaşa danışıqlar aparmayacağını bəyan edir.

 

Tramp sanksiyalardan sonra İranda yaşanan ağır iqtisadi böhran və yüksək inflyasiya həddinə də toxunub və razılaşma əldə edilərsə, ölkəsinin bu problemləri 24 saat içərisində həll etmək iqtidarında olduğunu deyib.

 

Tramp Makronun bütün təlaşlarını yüksək dəyərləndirdiyini, lakin ABŞ-ın bu istiqamətdə digər ölkələrə ehtiyacı olmadığını deyib.

 

“Bizim bu məsələdə öz siyasətimiz var. Hansısa ölkənin köməyinə ehtiyac duymuruq. Əgər belə olsaydı, onda İranın ən böyük neft müştərilərindən biri olan və bu ölkəylə yaxşı münasibətlərə sahib Yaponiyadan bunu istəyərdik. Biz bütün prosesləri özümüz izləyirik. Lazım gələrsə, özümüz müzakirəyə başlayarıq”- deyə ABŞ prezidenti əlavə edib.

 

Bəzi məlumatlara görə, İran danışıqlar zamanı Fransa rəsmilərinə Amerikadan onlara heç olmasa günlük 700 min barel neft satmağa imkan verməsini istəmələriylə bağlı müraciət edib. Lakin ABŞ İranın neft sanksiyalarını qaldırmayacağını və istisna ölkələrə verilmiş möhlət hüququnu uzatmayacağını bəyan edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar