SON XƏBƏRLƏR

Tramp: “İranda 3 hədəfə hücuma 10 dəqiqə qalmış, əməliyyatı dayandırdım”

2021.10.20, 07:36
Tramp: “İranda 3 hədəfə hücuma 10 dəqiqə qalmış, əməliyyatı dayandırdım”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 21-də şəxsi “Twitter” səhifəsində paylaşdığı bir statusda İrana qarşı hücumun dayandırılmasının səbəbinə aydınlıq gətirib.

 

Tramp yazdığı statusda bildirib ki, nəzərdə tutulmuş hücumda mümkün insan tələfatının qarşısını almaq üçün əməliyyatın dayandırılmasına göstəriş verib: “Biz ötən gecə İrana qarşılıqlı cavab olaraq, bu ölkədə 3 hədəfi vurmağa hazırlaşmışdıq. Soruşdum ki, bu əməliyyatda ölənlərin sayı nə qədər olacaq. Generallardan biri dedi 150 nəfər. Beləliklə də hücumun başlanmasına 10 dəqiqə qalmış, əməliyyatı dayandırdım.

 

Nəzərdə tutulmuş hücum, pilotsuz uçan bir aparatın vurulmasına cavab olaraq uyğun əməliyyat deyildi. Mən tələsmirəm. Ordumuz yenidən qurulub və dünyada ən yaxşı və hazırlıqlı ordudur. İrana qarşı sanksiyalar öz təsirini edir. Sanksiyalar dünəndən başlayaraq həm də artıb. İran heç vaxt nüvə silahına yiyələnməyəcək, Amerikaya və dünyaya qarşı çıxa bilməyəcək” –deyə Tramp əlavə edib.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatı iyunun 20-də İranın Hormozqan əyalətində yerləşən “Mübarək” dağının yaxınlığında “ölkə sərhəddini pozduğuna görə” Amerikanın “MQ-4C Triton” tipli pilotsuz uçan kəşfiyyat aparatını vurduğundan xəbər verib.

 

 

Amerikanın Müdafiə Nazirliyi “Pentaqon” isə “Sepah”ın bu iddiasından fərqli olaraq, bildirib ki, bu ölkəyə məxsus pilotsuz uçan aparat İran sərhəddini pozmayıb və o beynəlxalq hava məkanında və Hörmüz boğazı üzərində uçarkən İran tərəfindən vurulub.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar