SON XƏBƏRLƏR

Tramp: “İranda vəziyyət çox pisdir. Onlar bizimlə artıq danışıqlar aparmaq istəyirlər”

2021.10.20, 07:36
Tramp: “İranda vəziyyət çox pisdir. Onlar bizimlə artıq danışıqlar aparmaq istəyirlər”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp yanvarın 6-da Ağ Evdə jurnalistlərə açıqlamasında İran iqtisadiyyatının çökməsindən, rəsmi Tehranın region ölkələrindəki nüfuz dayaqlarını itirməsindən və İranla imzalanmış nüvə sazişindən danışıb.

 

Tramp bildirib ki, ABŞ-ın nüvə sazişindən çıxması İrandakı iqtisadi duruma çox mənfi təsir edib: “Bu gün, İran rejimi çox ciddi problemlərlə üz-üzə qalıb. Mənim İranla imzalanmış dəhşətli nüvə sazişindən çıxmağım isə İrandakı duruma təsiri böyük olub. Belə ki, onlar (iranlılar) ölkə sərhədlərindən kənarda saxladıqları hərbi qüvvələrini hər yerdən geri çəkirlər. Bir sözlə, onların indiki vəziyyəti heç də yaxşı deyil. Onlar bizimlə artıq danışıqlar aparmaq istəyirlər”.

 

Tramp, rəsmi Tehranın Vaşinqtonla hansı şərtlərlə müzakirələrə hazır olmasınının detallarını açıqlamayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar