SON XƏBƏRLƏR

Tramp: “İranın bizi təhdid etməsi ona çox ağır başa gələcək”

2021.10.20, 07:36
Tramp: “İranın bizi təhdid etməsi ona çox ağır başa gələcək”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp, aprelin 24-də Vaşinqtona səfər edən Fransa prezidenti Emmanuel Makronla Ağ Evdə görüşdən sonra onunla birlikdə jurnalistlər qarşısına çıxaraq İranla imzalanmış nüvə sazişindən və rəsmi Tehranın dağıdıcı regional fəaliyyətindən danışıb.

 

Qərbin İranla imzaladığı nüvə razılaşmasını “dəhşətli saziş” adlandıran Tramp bildirib ki, əgər İran gizli nüvə fəaliyyətinə yenidən başlasa, daha böyük və sarsıdıcı problemlərlə üz-üzə qalmalı olacaq: “Hesab edirəm ki, bu dəhşətli saziş heç vaxt imzalanmamalı, baş tutmamalı idi. Əgər İran istənilən şəkildə bizə qarşı təhdidini davam etdirsə, bunun ağır bədəlini ödəməli olacaq. Bu pis sazişin ərsəyə gəlməsində çoxları məsuliyyət daşımalıdır. Onlardan biri də ABŞ Konqresidir. Düşünürəm ki, bu saziş heç olmamalı idi. Çünki bu razılaşmada, nə Yəmənlə Suriya məsələsi və İranın bu iki ölkənin daxili işlərinə qarışması mövzusu nəzərdə tutulub, nə də Tehranın ballistik raketlər məsələsinə toxunulub.

 

Düzdür, biz bu pis və dəhşətli sazişi imzalayan tərəflərdən biriyik. Lakin hesab edirik ki, bu razılaşma və ona düzəlişlər edilməsi mövzusu barədə yenidən müzakirələr aparılmalıyıq.

 

İranın ballistik raketlərinə və onun regional fəaliyyətinə gəlincə, düşünürəm ki, rəsmi Tehranın bu sahədə atdığı addımlar bölgə üçün yeni problemlər yaradacaq. Bu gün, regionda yaşanan hansı problemə baxırıqsa, İranın barmaq izlərinin şahidi oluruq. Buna misal da, Suriya, İraq və Yəmən məsələsi və İranın həmin ölkələrdə apardığı fəaliyyətidir”.

 

Qeyd edək ki, son günler İran rəsmiləri, o cümlədən də, prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmmədcavad Zərif və İran Atom Enerjisi Təşkilatının rəisi Əli Əkber Salehi ayrı-ayrılıqda bəyanatlar səsləndirərək bildiriblər ki, əgər Vaşinqton nüvə sazisindən cıxsa, rəsmi Tehran nüvə fəaliyyətini yenidən bərpa edəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar