SON XƏBƏRLƏR

Tramp: “İranın korrupsioner diktator rejimi nüvə silahına yiyələnməyəcək”

2021.10.20, 07:36
Tramp: “İranın korrupsioner diktator rejimi nüvə silahına yiyələnməyəcək”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp fevralın 5-də Konqresdə çıxış edərək, İranın beynəlxalq terrorizmə dəstəyindən və nüvə silahı əldə etmək cəhdindən danışıb.

 

Amerika Konqresindəki özünün illik çıxışında İran İslam Respublikası hakimiyyətini “radikal”, “korrupsioner diktatura” və “beynəlxalq terrorizmin ən böyük himayədarı” adlandıran Tramp bildirib ki, onun hökuməti İran rejiminin kütləvi qırğın silahı əldə etməsinə imkan verməyəcək: “Mənim hökumətimin İran rejiminə qarşı mövqeyi tam kəskindir. Biz, terrorizmin əsas himayədarı kimi tanınan İran rejiminin nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik. Bizim İranla imzalanmış faciəli nüvə sazişindən çıxmağımızın səbəbi də məhz bununla bağlıdır.

 

Bu gün bizim İrana qarşı tətbiq etdiyimiz sanksiyalar, bir ölkəyə qarşı tətbiq edilən ən ağır qadağalardır. Biz, “Amerikaya ölüm” şüarı səsləndirən və yəhudiləri soyqırımla hədələyən İranın ekstremist və radikal hakimiyyətindən əl çəkməyəcək, onun bu əməllərinə göz yummayacağıq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar