SON XƏBƏRLƏR

Tramp: “İranla imzalanmış nüvə sazişi haqda bir ay sonra nə qərar verəcəyimin şahidi olacaqsınız”

2021.10.20, 07:36
Tramp: “İranla imzalanmış nüvə sazişi haqda bir ay sonra nə qərar verəcəyimin şahidi olacaqsınız”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp, martın 20-də Vaşinqtona səfər edən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşərək, İranın bölgədə baş verən çaxnaşmalardakı rolundan və ölkəsinin rəsmi Tehranla imzalanmış nüvə sazişindən çıxıb çıxmayacağından danışıb.

 

Görüşdə, İranın region ölkələrinə qarşı yürütdüyü düşmən siyasətini pisləyən Tramp bildirib ki, o, Amerikanın nüvə sazişində qalıb-qalmayacağı barədəki yekun qərarını gələn ay verəcək: “Baxaq görək necə olacaq. İranın bu günə qədər, dünyanın bəzi ölkələri ilə və ya demək olar ki, bütün ölkələrlə düzgün münasibəti olmayıb. Hazırda isə İranda çox pis və xoşagəlməz olaylar baş verir. Qərblə İran arasında imzalanmış nüvə sazişi mövzusuna gəlincə, gələn aya qədər bu məsələ bəlli olacaq. Bir ay sonra mənim bu barədə nə qərar verəcəyimin və nəyin baş verəcəyinin şahidi olacqsınız”.

 

Trampın Məhəmməd Bin Salmanla görüşündə, İranın bölgədəki nüfuzunun qarşısının alınması, Yəməndə baş verən olaylar, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası və İranın yaraqlı şiə husilərə silah yardımı barədə danışıqlar aparılsa da, müzakirələrin təfərrüatı mediaya açıqlanmayıb.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar