SON XƏBƏRLƏR

Tramp ittihamları rədd etdi

2021.10.20, 07:36
Tramp ittihamları rədd etdi

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp impiçment təhqiqatı çərçivəsində ona yönəldilən bütün ittihamları rədd edib.

 

Bu barədə "Ağ ev” rəhbərinin vəkillərinin Senata göndərdiyi 7 səhifəlik cavab sənədində qeyd olunub. Sənəddə bildirilir ki, Trampa yönəldilən bütün iddialar ləğv edilməli, onun günahsız olduğu vurğulanmalıdır. "Prezidentin addımları konstitusiyaya uyğun qanunlara adekvat idi” - deyə sənəddə vurğulanıb.

 

Xatırladaq ki, Nümayəndələr Palatasında ABŞ prezidentinə qarşı iki maddə üzrə ittiham qəbul olunaraq Senata göndərilib. publika.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar