SON XƏBƏRLƏR

Tramp: “Mən heç bir ilkin şərt olmadan İran rəsmiləri ilə görüşməyə hazıram”

2021.10.20, 07:36
Tramp: “Mən heç bir ilkin şərt olmadan İran rəsmiləri ilə görüşməyə hazıram”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra onunla birgə keçirdiyi mətbuat konfransında İran məsələsindən danışıb.

 

Tramp, jurnalistlərdən birinin ona verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını cavablandıraraq deyib ki, o, İran tərəfinin buna hazır olduğunu güman etmir: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Əgər onlar (İran rəhbərləri) istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun.

 

Hesab edirəm ki, bu kimi görüşlərin keçirilməsi müsbətdir. Bunda pis heç nə yoxdur. Bizim Şimali Koreyanın rəhbəri Kim Çen İn və Rusiya prezidenti Vladimir Putinlə görüşümüz buna bir misaldır. Hər iki görüşün müsbət nəticələri oldu və aramızda yaşanan problemlər qismən də olsa azaldı. Biz, İranla imzalanmış nüvə sazişindən çıxdıq. Çünki bu çox qəribə və məzhəkəli bir saziş idi. Bir daha təkrar edirəm ki, biz İranın nüvə silahına yiyələnməsinə heç vaxt imkan verməyəcəyik”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

 

A.M

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar