SON XƏBƏRLƏR

Tramp: “NATO ölkələri Amerikanın müdafiə xərclərini ödəməlidirlər”

2021.10.20, 07:36
Tramp: “NATO ölkələri Amerikanın müdafiə xərclərini ödəməlidirlər”

Gunaz.tv

GünAz TV: “NATO ölkələri Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə sahəsinə çəkdiyi xərcləri ödəməlidirlər”.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp NATO sammitinə yollanarkən “Twitter” səhifəsində yazıb. 

 

“NATO-ya üzv olan və bizim qoruyacağımız bir çox ölkə nəinki “2 faiz” öhdəliyini (müdafiə xərclərinin ÜDM-in 2 faizi həcminədək çatdırılmasına dair öhdəlik-red.) icra etmirlər, hətta vaxtı ilə ödənilməyən vəsaitləri uzun illərdir ödəmirlər. Onlar həmin vəsaitləri ABŞ-a ödəyəcəklər?”, - deyə D.Tramp qeyd edib.      

 

Qeyd edək ki, NATO sammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək. 

 

Xatırladaq ki, NATO ölkələri 2014-cü il tarixli Buxarest razılaşmasına əsasən, müdafiə xərclərini Ümumi daxili məhsulun (ÜDM)  2 faizi həcminədək çatdırılmasına dair üzərilərinə öhdəlik götürüb. D.Tramp dəfələrlə Alyans üzvlərindən həmin öhdəlikləri yerinə yetirməyi tələb edib. Əks halda ABŞ-ın NATO ölkələrinin təhlükəsizliyinin təmin olunması üzrə ümumi proqramlardan çıxacağı ilə hədələyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar