SON XƏBƏRLƏR

Tramp: “Noyabrın 5-dən sonra İrana qarşı daha geniş sanksiyalar tətbiq ediləcək”

2021.10.20, 07:36
Tramp: “Noyabrın 5-dən sonra İrana qarşı daha geniş sanksiyalar tətbiq ediləcək”

Gunaz.tv

GünAzTV: ABŞ prezidenti Donald Tramp, oktyabrın 25-də Amerika dənizçilərinin Beyrutdakı qərargahında bomba partladılmasının 35-ci ildönümü münasibətilə keçirilən bir mərasimdə çıxış edərək, İrana qarşı sanksiyalardan və rəsmi Tehranın beynəlxalq terrorizmə dəstəyindən danışıb.

 

Öz çıxışında İranın terrorçu Livan “Hizbullah”ı qruplaşmasının yaranmasında əsas rol oynadığını xatırladan Tramp deyib ki, Vaşinqton İranın regionda apardığı dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün əlindən gələni edəcək: “Tehranla nüvə razılaşmasının imzalanmasından sonra ləğv edilən bütün sanksiyalar yenidən bərpa edilərək ediləcək. Belə ki, noyabrın 5-dən sonra İrana qarşı daha geniş sanksiyaların tətbiqinə başlanılacaq. Bununla da İranın regional təxribat xarakterli əməllərinə mükəmməl bir cavab veriləcək.

 

Bir daha elan edirəm ki, biz, dünyada terrorizmin əsas himayədarı olan İrana öldürücü silahlara yiyələnməsinə imkan verməyəcəyik. Bu heç vaxt baş verməyəcək və İran belə silahlara yiyələnməyəcək.

 

Mən, ABŞ prezidenti kimi Ağ evdə fəaliyyətimi başladıqdan bu yana demək olar ki, bu gün  İran artıq əvvəlki İran deyil. Bu gün bu ölkənin (İranın) milli valyutası öz dəyərini tamamilə itirib və onların həyatı tamamilə dəyişib. Onlar (İran rəsmiləri) artıq bölgədə nüfuzlarını genişləndirməyi düşünmürlər. Hazırda onlar sadəcə olaraq yalnız özlərini qoruyub saxlamağı və öz sabahlarını necə təmin etmələri haqda fikirləşirlər.

 

Xatırladaq ki, 1983-cü il, oktyabrın 23-də İranın Livanda dəstəklədiyi İslami Cəhad Təşkilatının Amerika dənizçilərinin Beyrutdakı qərargahında bombalı hücumunda 241 amerikalı hərbçi, 58 fransız hərbçi və 6 mülki vətəndaş həlak olub.

 

Beyrut, 23 oktyabr 1983

 

Qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb.

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar