Tramp: “Oman dənizində neft tankerlərində baş verən partlayışların birbaşa amili İrandır”

15.06.2019, 10:05

GünazTV: ABŞ prezidenti Donald Tramp iyunun 14-də jurnalistlərə açıqlamasında iki gün əvvəl Oman dənizində iki neft tankerində baş vermiş partlayışların birbaşa İran tərəfindən törədildiyini bəyan edib.

 

Tramp deyib ki, o İranın nüvə silahına yiyələnməsinə, Amerikanın və onun regional müttəfiqlərinin mənafeyini təhdid etməsinə imkan verməyəcək: “Oman dənizində neft daşıyan iki tankerdə baş verən partlayışların birbaşa amili İrandır. Bu, həqiqətən də onların işidir. Bunu siz də bilirsiniz və onların qayıqlarını da görmüsünüz. Təsəvvür edirəm ki, hücum zamanı, İranın istehsalı olan minalardan biri partlamayıb və İranın bir qayığı qaranlıqda gəmiyə yaxınlaşaraq, partlamayan həmin minanı onun göyərtəsindən ayırmağa başlayır və buna nail də olur. Həmin səhnələrdən çəkilən video lentlər isə onların bu partlayışlarda əli olduğunu ifşa edir.

 

Amerikanın İranın bu kimi hücumlarının qarşısını necə alacağı ilə bağlı məsələyə gəlincə, biz bunu görəcəyik və nələr baş verəcəyinin şahidi olacağıq. Əlbəttə ki, Oman körfəzi bağlanmayacaq. Bu baş versə belə, onun bağlı qalması çox çəkməyəcək. Bu, Hörmüz boğazına da aiddir. Hörmüz boğazı da bağlansa, uzun zaman bağlı qalmayacaq” –deyə Donald Tramp əlavə edib.

 

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiyaya məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü vaxta təsadüf edib. Rəsmi Tehran isə iki gəmiyə  hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22