SON XƏBƏRLƏR

Tramp qalmaqallı vergi qanununu imzaladı

2021.10.20, 07:36
Tramp qalmaqallı vergi qanununu imzaladı

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Amerikada 30 il ərzində ən böyük vergi islahatı haqqında qanunu imzalayıb.

 

Onun dəyəri təxminən 1,5 trilyon dollar qiymətləndirilir. Korporasiyaların illik vergiləri 35 faizdən 21-ə enir.

 

Vergi ixtisarı planı Donald Trampın prezidentliyinin ilk ili böyük bir qələbə kimi qiymətləndirilir.

 

Qanun layihəsi respublikaçıların yekdil dəstəyi ilə təsdiq edilib. Demokratlar isə qanun layihəsini tənqid edərək, onun zəngin amerikalılar və korporasiyasların mənafelərinə xidmət etdiyini qeyd edirlər.

 

Vergi paketi 1980-ci illərdən bəri əldə edilən ən böyük vergi islahatıdır. Beləliklə, korporasiyaların illik vergiləri 35 faizdən 21-ə enir və vətəndaşların da vergi yükləri müvəqqəti azaldılır.

 

Məsrəflərə dair sənəd yanvar ayının 19-dək uzadılıb. Lakin mühacirət, səhiyyə və hərbi xərclərə dair mübahisələr həll edilməmiş qalır.

 

Respublikaçılar arasında vergi islahatlarının ardınca ABŞ federal müavinət proqramlarının fundamental şəkildə yenidən strukturlanması ilə bağlı parçalanmalar mövcüddur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar