SON XƏBƏRLƏR

Tramp və Putin arasında görüş başa çatıb

2021.10.20, 07:36
Tramp və Putin arasında görüş başa çatıb

Gunaz.tv

GünAz TV: Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Osakada “G20” sammiti çərçivəsində baş tutan görüş başa çatıb. 

 

İki ölkə lideri arasında keçirilən görüş bir saat yarım davam edib. 

 

Qeyd edək ki, ikitərəfli görüşdən öncə V.Putin və D.Tramp arasında qısa danışıq baş tutub. 

 

Görüş zamanı İranla bağlı məsələ, Suriyada və Venesuelada vəziyyət və Ukrayna məsələsi müzakirə edilib.

 

Xatırladaq ki, bu, D.Trampın 2018-ci ilin dekabrında V.Putinlə Argentinada “G20” sammiti çərçivəsində nəzərdə tutulan görüşü təxirə saldıqdan sonra baş tutan ilk görüşdür. 

 

2018-ci ilin dekabrndan bu yana iki ölkə lideri bir dəfə bu ilin mayında telefonda danışıblar.

 

Mənbə: Apa

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar