SON XƏBƏRLƏR

Tramp və Putin G20 sammitində görüşəcək

2021.10.20, 07:36
Tramp və Putin G20 sammitində görüşəcək

Gunaz.tv

GünAz TV: Amerika prezidenti Donald Tramp və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin G20 sammitində görüşəcəklər.

 

"Reuters"in Ağ Evə istinadən yayılan məlumata görə, görüş Osakada, cümə günü, yerli vaxtla saat 14:00-da baş tutacaq.  

 

Daha əvvəl Tramp bildirib ki, G20 sammitində Rusiya Federasiyasının rəhbəri ilə "yaxşı danışıq"ların baş tutacağını gözləyir. Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, liderlər strateji sabitliyi, regional münaqişələri, o cümlədən Suriya, Əfqanıstan, Ukrtayna, Venesuela, həmçinin İran məsələsini müzakirə edəcəklər.  

 

Mənbə: Report.az

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar