SON XƏBƏRLƏR

Trampdan Ruhaniyə xəbərdarlıq: “Sizin təhdidləriniz sonunda özünüzə qarşı yönələcək”

2021.10.20, 07:36
Trampdan Ruhaniyə xəbərdarlıq: “Sizin təhdidləriniz sonunda özünüzə qarşı yönələcək”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp iyulun 3-də “Twitter”dəki səhifəsində yazdığı bir statusda İran prezidenti Həsən Ruhaninin ölkədə zənginləşdirilmiş uranın miqdarını artıracaqları barədə Amerika və Avropaya qarşı ünvanladığı təhdidinə reaksiya verib.

 

Tramp paylaşdığı statusda Həsən Ruhaniyə səslənərək deyib ki, İranın səsləndirdiyi təhdidlər sonunda onun özünə qarşı yönələcək: “İran indicə yeni bir təhdid etdi. Ruhani deyir ki, yeni bir razılaşma olmadığı təqdirdə “uranı istədiyimiz qədər zənginləşdirəcəyik”. İran, öz təhdidlərinə fikir ver. Onlar qayıda bilər və sizi elə sanca bilərlər ki, indiyə qədər heç kəs bu şəkildə sancılmayıb”.

 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhani iyulun 3-də hökumət iclasında çıxış edərək, Qərbi uranı ölkəsinin ehtiyacı olan miqdarda zənginləşdirəcəyi ilə təhdid edib.

 

 

O bildirib ki, iyulun 7-dən sonra İran nüvə razılaşmasında uranın zənginləşdirilməsi ilə bağlı icazə verilmiş həddi aşacaq. Razılaşmada bu hədd 3.67% nəzərdə tutulub. Ruhaninin sözlərinə görə, həmin tarixdən etibarən İran uranı “ehtiyacı olduğu qədər”, yəni heç bir məhdudiyyət olmadan zənginləşdirəcək.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar