SON XƏBƏRLƏR

Trampdan Tehrana: “İranla müharibə ehtimalı var, amma...”

2021.10.20, 07:36
Trampdan Tehrana: “İranla müharibə ehtimalı var, amma...”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp hər zaman İranla savaş ehhtimalının mövcud olduğunu deyib.

 

“İTV” televiziyasına müsahibə verən Tramp bildirib ki, o, müharibənin baş verməməsini istəyir.

 

“İranla müharibə ehtimalı mövcuddur, amma mən danışıqlara üstünlük verirəm”- deyə ABŞ prezidenti əlavə edib.

 

O, həmçinin iranlı həmkarı Həsən Ruhani ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.

 

Xatırladaq ki, may ayı ərzində Amerika ilə İran arasında münasibətlər son dərəcə gərginləşib. ABŞ mayın 5-də İrana açıq mesaj vermək üçün körfəzə “USS Abraham Linkoln” təyyarə daşıyan gəmisi ilə birlikdə qırıcıların göndəriləcəyini bəyan etmişdi. Bir neçə gün sonra isə Amerika ordusu regiona B-52 tipli strateji bombardımançıların göndərildiyini və onların Qətərin “Əl-Üdeyd” hava bazasında mənzilləndiyi barədə məlumat yaymışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar