SON XƏBƏRLƏR

Trampdan xəbərdarlıq: “İran, Rusiya və Suriya İdlibdə sivilləri qətliam etməyi dayandırsınlar”

2021.10.20, 07:36
Trampdan xəbərdarlıq: “İran, Rusiya və Suriya İdlibdə sivilləri qətliam etməyi dayandırsınlar”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran, Rusiya və Suriyaya İdlibdə sivil insanları qətliam etdiklərinə görə xəbərdarlıq edib.

 

O, həmçinin qeyd edib ki, Türkiyə 3 ölkənin törətdiyi bu qətliamı dayandırmaq üçün əlindən gələni edir.

 

“İran, Rusiya və Suriya hazırda İdlib əyalətində həm minlərlə günahsız insanı qətliam edir, həm də daha çox insanı qətliam etməyə hazırlaşırlar. Bunu etməyin! Türkiyə bu qətliamı dayandırmaq üçün əlindən gələni edir”, - deyə Tramp Twitter səhifəsində yazıb.

 

Qeyd etmək lazımdır ki, dekabrın ortalarından etibarən Rusiya və Suriya qüvvələri, eləcə də İran hərbçiləri və muzdurları İdlibi amansızcasına bombalayırlar. Ağır bombardımanlar nəticəsində onlarla sivil insan həlak olub. Dekabrın 24-də Türkiyə Prezident Aparatının sözçüsü bu ölkə və rusiyalı rəsmilərin yaxınlarda Moskvada keçiriləcək görüşlərindən sonra İdlib qətliamının dayandırılacağını deyib.

 

İran Suriyada vətəndaş münaqişə başlayan gündən Bəşər Əsədə öz xalqını qətliam etməkdə kömək edən başlıca dövlətdir. Bir çox mənbələrə görə, rəsmi Tehran Əsəd rejiminin qorunub saxlanması üçün hər il azı 15-20 milyard dollar civarında vəsait xərcləyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar