SON XƏBƏRLƏR

Tranzit uçuşların ləğv edilməsi İrana 350 milyon dollar zərər vuracaq

2021.10.20, 07:36
Tranzit uçuşların ləğv edilməsi İrana 350 milyon dollar zərər vuracaq

Gunaz.tv

GünAz TV: Xarici aviaşirkətlərin İran səmasından tranzit uçuşları həyata keçirməyi dayandırmasının rəsmi Tehrana illik 350 milyon dollar zərər vuracağı proqnozlaşdırılır.

 

İran bu günə qədər səmasından istifadə edən hər bir təyyarədən 800 dollar əldə edirdi. Gündəlik təqribən 1000 təyyarə bu ölkənin səmasından tranzit kimi istifadə edirdi.

 

“Sepah”ın Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini vurmasından sonra beynəlxalq aviaşirkətlərdən bir çoxu İran səmasından həyata keçirilən uçuşları dayandırıb. Uçuşların dayandırılması onsuzda ağır vəziyyətdə olan İran iqtisadiyyatını daha da çətin duruma salacaq.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar