İran televiziyalarında "Traxtur"a qarşı qərəz ETİRAZ DOĞURDU

2021-04-28 09:42

Asiya Çempionlar Liqasında yarışan Güney Azərbaycanın Təbriz şəhərinin "Traxtur-Azərbaycan" futbol klubunun oyunlarının İranın baxımlı rəsmi dövlət televiziya kanallarında yayımlanmaması narazılıq doğurub. 

Gunaz.tv Quote | Gunaz article

Qəribədir ki, İranın dövlət televiziyasının 3-cü kanalında Tehranın "İstiqlal" və "Persepolis" futbol komandalarının Asiya Çempionlar liqasındakı matçları canlı nümayiş olunur, ancaq Güney Azərbaycanın populyar "Traxtur" komandasının matçları boykot edilir.

Şərqi Azərbaycan Futbol Heyətinin başçısı Cavad Şeşgelani bununla bağlı İran Radio Televiziya İdarəsinə etiraz məktubu ünvanlayıb. O, "Traxtur"un matçlarının canlı olaraq 3-cü kanaldan yayınlanmasını tələb edib.

“Təbrizin "Traxtur" komandasının oyunları “Vərzeş” adlı idman kanalında yayınlanacaq, ancaq iki komandanın "İstiqlal" və "Persepolis"in oyunları 3-cü şəbəkədə yayınlanacaq. "Traxtur" komandası da İranı eyni yarışlarda təmsil edir, bu səbəbdən bu komandanın oyunlarının 3-cü kanalda canlı yayınlanmasını xahiş edirik” – deyə, o, məktubunda qeyd edib.

Qeyd edək ki, "Traxtur"un oyunlarının televiziyadan canlı yayınlanmaması dəfələrlə tənqid və etirazlara səbəb olub. Daha öncə də İran televiziyasının “Vərzeş” və “Şoma” kanallarında "Traxtur"un Premyer Liqa oyununun canlı yayınlanmaması etirazlara səbəb olmuşdu.

Keçən il "Traxtur"un İdarə Heyətinin sədri Abbas İlyasi İran televiziyasında idman şərhçilərini və aparıcıları kluba qərəzli münasibətlərinə görə tənqid etmişdi.

O, İranın teleradio qurumunun başçısı Əli Əsgəriyə məktub ünvanlayaraq həmin qərəzli münasibətə son qoyulana qədər "Traxtur"un oyunlarının televiziyadan canlı yayınlanmasına icazə verməyəcəyini bildirmişdi.

Abbas İlyasi "Traxtur" klubu və azarkeşlərinin “pantürkist” və “bölücü” damğasına məruz qaldığını vurğulamış,  İranın teleradio qurumunun idman üzrə şərhçiləri və aparıcılarının buna dəstək verdiyini bildirmişdi. Klub rəhbəri "Traxtur"a qarşı qərəzli davranışdan gileylənmişdi.

AFK-nin rəsmi saytında yerləşdirilən sorğusunda "Traxtur" Asiyanın ən populyar komandası seçilmiş, klubun stadionlara çox sayda azarkeş cəlb etdiyi qeyd olunmuşdu. Buna  baxmayaraq,  "Traxtur" ayrı-seçkiliyə məruz qalır. 

Xatırladaq ki, hazırda "Traxtur" klubu BƏƏ-nin Şarcə şəhərində keçirilən Asiya Çempionlar Liqasında. "B" qrupunda mübarizə aparır. Qrupda 2-ci yeri tutsa da, son oyunda Özbəkistanın "Paxtakor" komandası ilə  0:0 hesabı ilə heç-heçə etməsi klubun sonrakı mərhələyə yüksəlməsini çətinləşdirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19

gun az article

GünazTV June.18.2021: Körpü: Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-19

gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17