SON XƏBƏRLƏR

“Traxtur” Abadan təmsilçisi ilə qarşılaşmadan məğlub ayrılıb

2021.10.20, 07:36
“Traxtur” Abadan təmsilçisi ilə qarşılaşmadan məğlub ayrılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası Abadanın Təxti stadionunda bu şəhərin “Sənət Neft” komandası ilə keçirilən qarşılaşmadan məğlub ayrılıb.

 

Bu, “Traxtur”un 19-cu super liqa yarışlarında birinci məğlubiyyəti sayılır.

 

Oktyabrın 25-i Təbriz vaxtı ilə saat 18:00-da başlayan görüş 2:1 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

“Sənət Neft” tərəfindən oyunun 21-ci dəqiqəsində İsa Al-Kəsir və 53-cü dəqiqədə Məhəmməd Qureyşi qol vurub. “Traxtur”un yeganə qolu isə Məhəmmədrza Azadi tərəfindən 83-cü dəqiqədə vurulub.

 

Bu nəticədən sonra “Traxtur” 17 xalla turnir cədvəlinin 2-ci pilləsində, “Sənət Neft” isə 15 xalla 6-cı pillədə qərarlaşıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar