SON XƏBƏRLƏR

“Traxtur” cümə günü Xuzistan təmsilçisini qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” cümə günü Xuzistan təmsilçisini qəbul edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu cümə günü növbəti rəqibini qəbul edəcək.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçiriləcək görüşdə “Traxtur” Xuzistanın “İstiqlal” komandası ilə qarşılaşacaq.

 

Görüş sentyabrın 28-i yerli vaxtla saat 17:40-da Təbrizin səhənd stadionunda baş tutacaq.

 

“Traxtur”-“İstiqlal” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada Azərbaycan klubunda yeni təyinat olduğu bildirilir. Məlumata görə, Cəfər Məhərrəmpur, "Traxtur"un icraçı direktoru Dr. Əlirza Əsədi tərəfindən klubun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. Cəfər Məhərrəmpur bundan əvvəl müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar