SON XƏBƏRLƏR

“Traxtur”dan kənarlaşdırılan futbolçu və həyat yoldaşı müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
“Traxtur”dan kənarlaşdırılan futbolçu və həyat yoldaşı müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasından uzaqlaşdırılan qapıçı Möhsün Fruzan və həyat yoldaşı vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Bu barədə futbolçunun vəkili Mustafa Süleymani mətbuata məlumat verib.

 

““Traxtur”la “Sepid rud”un görüşündən sonra hüquqlarını müdafiə etdiyim Möhsün Fruzan və onun həyat yoldaşına qarşı müəyyən ittihamlar irəli sürülüb. Hazırda məhkəmə bu işə baxır. Onlar bütün ittihamları rədd edərək günahsız olduqlarını bildirir və hər şeyin məhkəmə tərəfindən düzgün araşdırılacağına ümid edirlər.”- deyə o bildirib.

 

Vəkil hüquqlarını müdafiə etdiyi şəxslərin vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldıqlarını deyib.

 

Aprelin 12-də 18-ci super liqa yarışlarının yekunlaşmasına  6 oyun qalmış Rəştdə “Traxtur”la “Sepid rud” arasında görüş baş tutub. Oyun zamanı “Traxtur” komandasının qapıçısı Möhsün Fruzanın şübhəli hərəkətləri bütün tamaşaçılar, hətta ekspertlər tərəfindən müşahidə olunub. Oyunun nəticəsi ilə bağlı mərcə girdiyi və bu yolla külli miqdarda pul qazandığı deyilən Möhsün Fruzanın şübhəli şəkildə 3 qol buraxması komandasının böyük hesabla uduzmasına səbəb olub.

Möhsün Fruzan və həyat yoldaşı aprelin 30-da məhkəmənin mətbuat və mədəniyyət şöbəsinin hökmü əsasında saxlanmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar