SON XƏBƏRLƏR

“Traxtur”dan “Şəhr-i Xodro” ilə görüşdə 3 qol

2021.10.20, 07:36
“Traxtur”dan “Şəhr-i Xodro” ilə görüşdə 3 qol

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu səhənd stadionunda qəbul etdiyi “Şəhr-i Xodro”nu 3:1 hesabı ilə məğlub yola salıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 11-ci həftəsində təxirə salınmış oyun dekabrın 24-ü yerli vaxtla saat 15:30-da səhənd stadionunda baş tutub.

 

Oyunun birinci hissəsini 1:0 hesabı ilə başa vuran “Traxtur” ikinci hissədə daha 2 qol vurub. Bununlada "Traxtur"-"Şəhr-i Xodro" oyunu 3:1 hesabı ilə başa çatıb.

 

“Traxtur”un qolları 38-ci dəqiqədə Rza Əsədi, 50-ci dəqiqədə Məsud Şucayi və 71-ci dəqiqədə Əşkan Dejaqe tərəfindən vurulub.

“Şəhr-i Xodro”nun 53-cü dəqiqədə vurduğu yeganə qolunun müəllifi isə Məhəmməd Hüseyn Moradmənd olub.

 

Bu qələbə nəticəsində “Traxtur” komandası xallarının sayını 27-yə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Azərbaycan klubu artıq super liqanın çempionluğuna iddiaçı olan klublar sırasında yer alıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar