SON XƏBƏRLƏR

“Traxtur” klubu komandaya iki yeni oyunçu transfer edəcək

2021.10.20, 07:36
“Traxtur” klubu komandaya iki yeni oyunçu transfer edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu qış transfer pəncərəsində iki oyunçu almağı planlaşdırır.

 

İran super liqa yarışlarının 18-ci mövsümünün birinci yarısı təxminən 2 həftə sonra başa çatır. “Traxtur” klubunun qış pəncərəsində yeni oyunçular transfer edəcəyi bildirilir.

 

Mətbuatda yayılan məlumata görə, mövsümün birinci yarısında “Traxtur”da yarımmüdafiəçiyə ehtiyac olduğu hiss olunub. Ona görə də komandaya cəlb olunacaq oyunçulardan birinin xarici yarımmüdafiəçi, digərinin isə mərkəz müdafiəçisi olacağı ehtimal olunur.

 

Həmçinin bildirilir ki, Li Ervin Təbrizə qayıtmayacağı təqdirdə komandaya bir xarici müdafiəçi də transfer edilə bilər.

 

Qeyd edək ki, “Traxtur”un xarici hücumçuları Antoni Stokes və Li Ervin “Zob Ahən”lə qarşılaşmadan sonra naməlum səbəbdən komandanın məşqlərində iştirak etməyiblər. Onlar noyabrın 25-də “Traxtur”la “Perspolis”in görüşündə də oyuna qatılmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar