SON XƏBƏRLƏR

“Traxtur” klubu “Neft”i əliboş yola saldı

2021.10.20, 07:36
“Traxtur” klubu “Neft”i əliboş yola saldı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu bu gün Təbrizdə keçirilən görüşdə “Məscid Süleyman” təmsilçisini məğlub yola salıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 16-cı  həftəsində “Traxtur” klubu “Neft” komandasını səhənd stadionunda qəbul edib. Təbriz vaxtı ilə 15:30-da keçirilən oyunun 68-ci dəqiqəsində Əkbər İmani “Traxtur”u hesabda irəli çıxarıb. Bu, oyunda vurulan yeganə qol olub.

 

Bununla da “Traxtur”-“Neft” görüşü 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Beləliklə, bu qələbə sayəsində “Traxtur” xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar