SON XƏBƏRLƏR

“Traxtur” klubu “Perspolis”in qapıçısından rəsmən şikayət edib

2021.10.20, 07:36
“Traxtur” klubu “Perspolis”in qapıçısından rəsmən şikayət edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu  ötən həftə qarşılaşdığı “Perspolis” komandasının qapıçısı Əlirza Biranvənddən rəsmən şikayət edib.

 

19-cu super liqa yarışlarının ikinci həftəsində Təbrizin səhənd stadionunda keçirilən “Traxtur”-“Perspolis” görüşü bundan əvvəlki görüşlər kimi qalmaqalsız ötüşməyib. Komandası 1:0 hesabı ilə Azərbaycan komandasına məğlub olan Əlirza Biranvənd oyunu tərk edərkən “Traxtur” tərəfdarlarına üzünü tutaraq əxlaqsız və nalayiq bir hərəkət nümayiş etdirib. Bu səbəbdən “Traxtur” klubu qapıçıdan Futbol Federasiyasının İnzibati Komitəsinə şikayət edib.

 

Azərbaycan klubunun hüquqi məsələlər üzrə məsulu Mustafa Karəndiş bu barədə mətbuata məlumat verib. O şikayətin Futbol Federasiyası və Liqa Təşkilatının avtomatlaşdırma sistemində qeydə alındığını bildirib.

 

Qeyd edək ki, Traxtur komandası ilə Tehranın “Perspolis” və “İstiqlal” komandaları arasında keçirilən görüşlərdə hər zaman oxşar problemlər yaşanır. Həmin komandaların tərəfdarları və bəzən oyunçuları qarşılaşmalarda  “Traxtur” və Azərbaycan türk millətinin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. Soydaşlarımızı qəzəbləndirən hadisə uzun illərdir bir ənənəyə çevrilərək sistemli şəkildə həyata keçirilir. Milli təhqirə yol verən irqçilərin rejim tərəfindən cəzalandırılmaması xüsusi diqqət çəkir.

 

Əlirza Biranvəndin yol verdiyi təhqiramiz hərəkət:

https://www.youtube.com/watch?time_continue=3&v=3QRwotRJyzI

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar